\
24 Noyabr 2024 - Bazar günü

İranın keşmiş prezidenti Əhmədinejad həbs olundu! - Aksiyaçılar qarşıında çıxışına görə

İranın keşmiş prezidenti Əhmədinejad həbs olundu! - Aksiyaçılar qarşıında çıxışına görə
1680baxış

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb. Mediapress.az-ın məlumatına görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb. Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb. Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib. (apa)