Nikol Paşinyanın Ermənistanın baş naziri postuna namizədliyi yenidən irəli sürüləcək
1643
Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.
“Bİz mütləq Nikol Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəyik. Düşünürəm ki, xalq hərəkatı artıq uğura nail olub, sadəcə bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir”, - deyə Tiqran Avinyan qeyd edib.
Qeyd edək ki, Ermənistan parlamenti mayın 1-də keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.