ABŞ anons etdi - Suriyada sona yaxınlaşırıq…
1733
Suriyada İŞİD-in əlində olan son ərazilərdə hərbi əməliyyatlar başlatmışıq.
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.
“İŞİD-in Suriyada müəyyən ərazi idarəçiliyinin sonu yaxınlaşır və xalqa qarşı terrorizm bitir. Əməliyyat olduqca çətin keçir. NATO müttəfiqimiz Türkiyə, partnyorlarımız İsrail, Livan və İordaniya ilə birlikdə hərəkət edərək, İŞİD-ə qarşı mübarizədə sərhədlərin təhlükəsiz olmasını təmin edəcəyik.
İŞİD-dən təmizlənən bölgələrdə sabitliyin bərqərar edilməsi üçün regional partnyorlarımızdan daha çox dəstək istəyəcəyik. Prezident Donald Trampın fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı dediyi kimi, Suriyada daimi və güclü ayaq izimizi buraxacağıq. Bu mənada, İŞİD-dən təmizlənən ərazilərin Əsəd rejimi, yaxud İran dəstəkçiləri tərəfinən istismar edilməsinə icazə verməyəcəyik”, – Noyert bildirib.
Sözçü əlavə edib ki, Suriyada bütün etnik kimliklərin hüquq və azadlıqları təmin ediləcək. (axar)