ABŞ dövlət katibi müavini ilə Ukraynaya gəldi
ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfərə gəlib.
Virtualaz.org bildirir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Məlumata görə, Blinkenlə birlikdə Kiyevə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland və onun Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Riker də gəliblər.
TASS-ın yazdığına görə, səfərin məqsədi Birləşmiş Ştatlar tərəfindən Ukraynaya dəstəyin nümayiş etdirilməsi, bir sıra məsələlərin, o cümlədən Kiyevə silah tədarükünün müzakirə olunmasıdır.
Blinkenin səfəri çərçivəsində əsas tədbirlər cümə axşamına planlaşdırılıb. Ukrayna KİV-in yazdığına görə, mayın 6-da səhər dövlət katibi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlara başlayacaq, bundan sonra Baş nazir Denis Şmiqalla görüşəcək. Daha sonra onun Prezident Vladimir Zelenski ilə görüşü planlaşdırılıb və Ukrayna liderinin ofisinin məlumatına görə, onun nəticələrinə dair birgə mətbuat konfransı keçiriləcək.