\
20 Iyun 2021 - Bazar günü

Gürcüstanda koronavirusa yoluxanların sayı 325 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 325 mini ötüb
1444baxış

Gürcüstanda son sutkada koronavirusa 1 409 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər vəfat edib.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 325 665 nəfər yoluxub, onların 4 363-ü ölüb.

Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı 1 256 nəfər artaraq 304 935 olub.