Lavrov və Blinken Reykjavikdə ilk dəfə görüşürlər
Bu dəqiqələrdə İslandiyanın paytaxtı Reykiyavik şəhərində Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında ilk üz-üzə görüş keçirilir.
Virtualaz.org bildirir ki, məlumatı TASS-ın görüşü izləyən əməkdaşı paylaşıb.
Onun bildirdiyinə görə, danışıqlar "Harpa" konsert salonunda keçirilir. Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə ilə bağlı yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, test vermiş jurnalistlərin böyük qismi görüşün protokol çəkilişi hissəsinə düşə bilib.
Əvvəlcədən verilən məlumata görə, Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərini, prezidentlər Putin və Baydenin görüşünü, eləcə də Yaxın Şərqdə baş verən prosesləri, Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.