\
24 Noyabr 2024 - Bazar günü

Fələstin lideri Yəhudilərdən üzr istədi

Fələstin lideri Yəhudilərdən üzr istədi
1231baxış

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas bu gün yəhudilərdən rəsmən üzr istəyib. Buna səbəb onun həmin millət haqda söylədiklərinin antisemit fikir kimi qəbul olunması olub.

Fələstinin PNN xəbər portalının məlumatına görə, Mahmud Abbas üzrxahlıq məktubunda yazıb: “mənim sözüm düzgü anlaşılmayıb. Əgər kimlərsə məni düzgün başa düşməyiblərsə, onlardan üzr istəyirəm. Mən Yəhudi dininə böyük hörmətlə yanaşıram. Biz antisemitizmin hər bir formasını pisləyirik”, deyən Fələstin muxtariyyətin rəhbəri ötən əsrin 30-40-cı illərində qətlə yetirilmiş yəhudiləri hörmətlə andığını bildirərək əlavə edib: “Xolokost tarixin ən iyrənc cinayətidir. Mən bunu şiddətlə qınayıram”.

Xatırladaq ki, çərşənbə günü Mahmud Abbas çıxışlarının birində belə bir fikir səsləndirmişdi: “Yəhudiləri Avropada milli mənsubiyyətlərinə görə təqib edib qətlə yetirmirdilər, bunu faizə pul verdikləri üçün edirdilər” . Onun bu sözlərini  antisemitizm kimi qiymətləndirən İsrailin baş naziri Binyamin Netnyahu dünya ictimaiyyətini Mahmud Abbası qınamağa çağırmışdı.    

Mediapress. az