\
24 Noyabr 2024 - Bazar günü

8 mayda Rusiya və Ermənistan parlamentlərində baş naziri seçəcəklər - V.Putinin ssenarisi ilə

8 mayda Rusiya və Ermənistan parlamentlərində baş naziri seçəcəklər - V.Putinin ssenarisi ilə
1736baxış

8 mayda Rusiya və Ermənistan parlamentlərində baş naziri seçəcəklər. Bunu adi bir təsadüf də saymaq olardı. Lakin Ermənistanın baş inqilabçısının Rusiyaya qarşı mövqeyini gözlənilmədən dəyişməsindən və Ermənistanın sabiq rəhbərlərinin Rusiyadan rədd cavabı almalarından sonra təsadüflərin zərurətdən doğduğunu anlaya bilərik.

Rusiyalı əksər analitiklərin fikrincə, ölkədə iqtidarın qanuniləşməsi fonunda Qafqazdakı strateji ortağın – Ermənistanın problemini həll etmək mümkündür. Necə deyərlər, bir daşla iki quşu vurmaq daha sərfəli olar.

Odur ki, Rusiya prezidenti 8 mayda baş nazir namizədini parlamentə təqdim edərkən, eyni proses Ermənistanda da baş verəcək. Təbii ki, hər iki halda Rusiya iqtidarının müəyyən etdiyi namizədlər seçiləcəklər.

Belə ki, artıq Ermənistanda hakim Respublika partiyasının deputat mandatlarını saxlamaq hesabına inqilabçı Paşinyanın namizədliyini dəstəkləməsi Rusiyadan verilən tapşırığın icrası kimi qəbul edilə bilər. Əks təqdirdə, bu qərar 01 may Ermənistanda növbədənkənar parlament yığıncağında da verilə bilərdi.

Deməli, hər iki ölkədə cərəyan edən proseslər hələ də V.Putinin birbaşa nəzarəti altındadır. Başqa sözlə desək, Ermənistanda siyasi iqtidar dəyişsə də, uzun illər iqtidarda olan “qarabağ klanı” tarixə çevrilsə də, Ermənistanın xarici siyasəti əsla dəyişməyəcək.

Mediapress.az