\
24 Noyabr 2024 - Bazar günü

İranda qadınlar hicabdan çıxır, araq leqallaşıb...

İranda qadınlar hicabdan çıxır, araq leqallaşıb...
1720baxış

İran bundan sonra sosial, mənəvi, mədəni həyatda dünyəviliyə doğru gedəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, İrandakı hadisələr öncə rejimin mənəvi, ideoloji, sosial baxımdan çökməkdə olduğunu göstərdi:

"Nümayişlərdən də görünürdü ki, İranda qadınların böyük hissəsi hicablarını açıb, artıq alkoqol qeyri-rəsmi olaraq leqallaşıb, musiqi, əyləncə isə artmaqdadır. Bütün bunlar onu göstərir ki, molla rejiminin yalnız siyasi mahiyyəti qalmaqdadır və onlar bu siyasi mahiyyətdən bərk-bərk yapışıblar ki, qonşu ölkələrə, regiona təsirini itirməsinlər".

Politoloq qeyd edib ki, dünyada buna bənzər hadisələr olub:

“Məsələn, kommunist Çini iqtisadi, sosial həyatda kapitalizmə doğru getdi. Kommunist Çindən fərqli olaraq, şiə-cəfəri İranın daxildən çox güclü alternativi var, bu da fars-milliyətçi Pəhləvi İranıdır. Ona görə də dünyəvi-imperialist Pəhləvi İran sosial həyatla kifayətlənməyərək, İranın siyasi durumunu da dəyişməyə çalışıb, mollardan əvəz çıxmaq istəyir".

Politoloqun sözlərinə görə, onların bu istəyinin reallaşması Türkiyə, Rusiya, Avropa Birliyi, Böyük Britaniya və ABŞ-ın mövqeyinin necə, kimin tərəfində olacağından asılıdır.

Qeyd edək ki, İranda etiraz aksiyaları 28 dekabrdan başlamışdı.

Mediapress.az