\
23 Noyabr 2024 - Şənbə

“Patı” məsələsi Milli Məclisdə müzakirə edildi

“Patı” məsələsi Milli Məclisdə müzakirə edildi
1605baxış

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov ölkədə narkotik vasitələrin yayılması təhlükəsindən danışıb.

Mediapress.az məlumat verir ki, B.Məhərrəmov deyib ki, Azərbaycanda ucuz və daha təhlükəli narkotik vasitələr (“patı”) yayılır.

“Bu gün gənclər arasında “patı” deyilən maddənin istifadəsi adiləşib. Adam təəccüblənir. Dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir”, - deyə B.Məhərrəmov əlavə edib.

Deputat Azərbaycana narkotik vasitələrin İrandan gəldiyinə işarə edərək deyib:

“Bu zəhər Azərbaycana ən çox haradan gəlir? Bu, sirr deyil. Biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, oradan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir?  Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlanılmır?”.

Deputat təklif edib ki, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyalar ciddi formada sərtləşdirilməlidir.