Tunisdəki seçkilərdə islamçı partiya qalib gəldi - Ən-Naxda partiyası təhlükə mənbəyi ola bilərmi?!
Tunisdə “ərəb baharı”ndan sonra keçirilmiş ilk bələdiyyə seçkilərində islamçı Ən-Naxda (Dirçəliş hərəkatı) partiyası səslərin çoxunu qazana bilib. RİA Novosti Tunisin dövlət televiiyasına istinadən xəbər verir ki, Ən-Naxdaya seçicilərin 27,5%-i, onun əsas rəqibi olan Nida Tunisə isə 22%-i səs veriblər.
Qalib partiyanın rəhbərlərindən biri olan Lütfi Zeytun qələbələrini siyasi baxışlarındakı plüralizmlə izah edir.
Qeyd edək ki, Tunisdə 350 bələdiyyədə eyni vaxtda seçkilər baş tutub.
Xatırladaq ki, 2011-ci ildə Tunis kütləvi etirazlara başlayan ilk ərəb ölkələrindən biri olub. Nəticədə, 1087-ci ildən iqtidarda olan o vaxtkı prezident Zina əl-Abedin Ben Ali istefaya getməli olub. Daha sonra – 2014-cü ildə ölkədə prezident və parlament seçkiləri keçirilib.
Cari bələdiyyə seçkiləri isə 2010-cu ildən sonra keçirilən ilk yerli əhəmiyyətli seçkidir.