Yeni Rusiya prezidenti ölkənin 2024-cü ilə qədər planları haqda fərman imzaladı - İlk fərman
1698
Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putin ölkəsinin yaxın gələcəkdəki prioritetləri haqda fərman imzalayıb. Prezident fərmanı dövlətin bütün fəaliyyətlərini əhatə edir. Rusiya Federasiyasının strateji əhəmiyyətli məsələləri, ictimai-siyasi və iqtisadi perspektivləri yeni fərmanda öz əksini tapıb. “Rusiya Federasiyasının 2024-cü ilədək milli məqsədləri və inkişafın strateji məsələləri” adlı sənədin tezliklə geniş ictimaiyyətin diqqətinə çatdırılacağı barədə Kremlin mətbuat xidməti məlumat yayıb.