İlham Əliyevi çox yaxşı tanıyıram, təcili şəkildə... - Sarkisyan
Azərbaycan Prezidenti İlham Əliyevi çox yaxşı tanıyıram.
Bunu “Exo Moskva” radiosuna müsahibəsində Ermənistan Prezidenti Armen Sərkisyan deyib. Ermənistandakı hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa necə təsir edəcəyini cavablandıran Sərkisyan bunu şərh edə bilməyəcəyini bildirib:
“Ona görə ki, Prezident İlham Əliyevi mən şəxsən tanıyıram. Kifayət qədər yaxşı tanıyıram. Çox həssas andır. Dağlıq Qarabağda gərginliyin artacağını heç bir halda istisna etmək olmaz. Yeni hakimiyyət ilk günündən etibarən sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır.
Rusiya Ermənistanın strateji və hərbi siyasi tərəfdaşıdır. Hər kəsə bəllidir ki, erməni ordusu Rusiya ordusuna çox yaxındır. Erməni ordusunun təchizatı NATO və ya Çin tərəfindən yox, Rusiya tərəfindən edilir”. (axar)