\
24 Noyabr 2024 - Bazar günü

Qərb Sərkisyanın hesablarına əl qoyur - araşdırma başladı

Qərb Sərkisyanın hesablarına əl qoyur - araşdırma başladı
1705baxış

Tədqiqatın aparılmasından sonra Qərb Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın və ona yaxın biznesmenlərin hesablarını dondurmaq niyyətindədir.

Bu barədə məlumat Teleqram sosial şəbəkəsində mövcud olan “Baqramyan 26” kanalında yerləşdirilib. Kanalda Qərbin əsas məqsədinin xaricdəki maliyyə vasitələrinin Ermənistana qaytarılması olduğu bildirilib.

Erməni mətbuatına açıqlama verən Avropa Erməniləri İttifaqının sədri Aşot Qriqoryan artıq ona müxtəlif beynəlxalq təşkilatlardan Serj Sərkisyanla bağlı araşdırmaların aparılması barədə təkliflər gəldiyini bildirib. Qriqoryan həmçinin Serj Sərkisyanın hakimiyyəti dövründə zərər çəkən bütün sahibkarlara müraciət edərək, lazımi informasiyalar verməsini xahiş edib. (axar)

Mediapress.az