\
24 Noyabr 2024 - Bazar günü

Avropa İttifaqından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyirik - XİN

Avropa İttifaqından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyirik - XİN
1683baxış

“Azərbaycan Avropa İttifaqından ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyir”.

Bunu bu gün Bakıda keçirilən Avropa İttifaqə-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən XİN-nin nümayəndəsi səfir Kamil Xasıyev bildirib.

 

K. Xasıyev Avropa İttifaqı və Ermənistan arasında imzalanan sazişlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı birmənalı mövqenin yer almadığını qeyd edib: “İnanırıq ki, bu kimi hallar Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə kölgə salmayacaq, Avropa İttifaqə və Azərbaycan arasında imzalanan sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənəcək”. (apa)

Mediapress.az