Dmitri Medvedev növbəti dəfə baş nazir oldu
1955
Rusiya parlamenti D.Medvedevin baş nazir vəzifəsinə namizədliyini təsdiq etdi
Rusiya Dövlət Dumasının aşağı palatasının deputatları Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyinin lehinə səs veriblər.
Mediapress.az İnterfax-ın məlumatına əsasən xəbər verir ki, namizədə “Vahid Rusiya” və “LDPR” partiyasından olan millət vəkilləri dəstək veriblər. “Kommunist” və “Ədalətli Rusiya”lı deputatlar isə səslərini bu seçimin əleyhinə istifadə ediblər.
Xatırladaq ki, D.Medvedevin namizədliyini 7 mayda 4-cü dəfə prezident seçilmiş Vladimir Putin irəli sürüb.
Rusiya qanunlarına görə, prezident seçildikdən sonra hökumət tam tərkibdə istefaya gedir.