NATO-ya üzvlüklə bağlı bu norma yoxdur - Ukrayna
1610
Şimali Atlantika razılaşmasında ölkənin müharibə zamanı alyansa üzv olmasına izn verilməməsilə bağlı norma yoxdur.
Axar.az xəbər verir ki, bunu Ukraynanın NATO-dakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikov deyib.
“NATO-nun Vaşinqton razılaşmasında belə normalar yoxdur. Nəhayət, müttəfiqlər əmin olmalıdırlar ki, yeni üzv alyansın təhlükəsizliyini gücləndirəcək. Məhz buna görə bu qərar kollektiv qəbul edilir”, – deyə o bildirib.
Vinnikov NATO-nun Ukraynaya Rusiyanın işğal etdiyi əraziləri və Qara dənizdə nəzarəti qaytarmağa kömək edəcəyini söyləyib.