“İsrailin öz suverenliyini müdafiə etmək hüququ var” - Ağ Ev
1676
Ağ Ev bu gecə Suriya-İsrail sərhədində, Qolan yüksəkliklərində baş verən hadisələrə münasibət bildirib. Ağ Evin sözçüsü Sara Sanders “Fox News” telekanalına müsahibəsində ABŞ-ın İsraili tam dəstəklədiyini bəyan edib. “Bu hücum bir daha sübut edir ki, İrana etibar etmək olmaz. İsrailin öz suverenliyini müdafiə etmək üçün tam hüququ var. İsrailin özünümüdafiəyə yönələn hər bir addımını ardıcıl şəkildə dəstəkləyəcəyik”, deyə S.Sanders vurğulayıb. Bundan əvvəl İsrail müdafiə ordusunun mətbuat xidməti bəyan edib ki, Suriyada yerləşən İran qüvvələri Qolan yüksəkliklərində İsrailin mövqelərini raket atəşinə tutub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ordusunun mövqelərini bombalayıb. (apa)