D.Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcəklər
1798
ABŞ və Şimali Koreya rəhbərlərinin zirvə görüşünün vaxtı bəlli olub. D.Trampın bu gün Twitter səhifəsində yazdığı tvitdə bildirir ki, görüş bu ilin 12 iyununda Sinqapurda baş tutacaq. “Kim Çen Inın mənimlə istədiyi görüş bu ilin 12 iyun tarixində baş tutacaq. İkimiz də çalışacağıq ki, dünyada sülhün qorunub saxlanılması üçün əməli işlər görək”.
Politoloqların fikrincə, Tramp Pxenyandan uzaqlıq baxımından görüşün məhz Sinqapurda keçirilməsinə razılıq verib.
Xatırladaq ki, apreldə baş tutmuş Şimali və Cənubi Koreya liderlərinin zirvə toplantısı D.Trampda Kim Çen Inla görüşməyə maraq yaradıb.