\
23 Noyabr 2024 - Şənbə

Lavrov İran xarici işlər naziri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Lavrov İran xarici işlər naziri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
1585baxış

Rusiya və İran xarici işlər nazirləri Xəzər regionunda əməkdaşlığı, Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov bugünkü danışıqlarda ikitərəfli münasibətləri, Əfqanıstan və Suriyadakı vəziyyəti ətraflı müzakirə etdiklərini söyləyib: “Bundan başqa, Xəzər regionundakı əməkdaşlığı, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyasını, Cənubi Qafqazda vəziyyəti, Yaxın Şərq və Şimali Afrika regionundakı prosesləri müzakirə etdik”. (apa)