\
24 Aprel 2024 - Çərşənbə

Paşinyan bu gün Gürcüstana gedir

Paşinyan bu gün Gürcüstana gedir
1494baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Paşinyan səfəri çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək.

Tərəflərin görüşündən sonra Hökumətlərarası iqtisadi komissiyanın iclası baş tutacaq. Hər iki ölkənin hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iclasda iştirak edəcək.