Qırğızıstan prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək
1689
Qırğız Respublikasının prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Buna səbəb kimi S.Japarovun qısamüddətli məzuniyyətə çıxması göstərilib.
Sammitdə Qırğızıstan prezidentini ölkənin Baş naziri Akılbek Japarov əvəzləyəcək.
Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcəklər. (“RİA Novosti”)