\
24 Noyabr 2024 - Bazar günü

V.Putin N.Paşinyanla görüşdü - Avrasiya İqtisadi Birliyinə vida görüşü ola bilər

V.Putin N.Paşinyanla görüşdü - Avrasiya İqtisadi Birliyinə vida görüşü ola bilər
1381baxış

Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanı 14 may tarixində qəbul edib. Rusiya mətbuatının  yaydıqları xəbərə görə, təkbətək görüş  Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiyanın Soçi şəhərində baş tutub.

N,Paşinyan buna qədər Moldova prezidenti İqor Dodonla və Avrasiya İqtisadi Birliyinin kollegiya sədri Tiqran Sarkisyanla görüşüb.

Mütəxəssislərin fikrincə, Avrasiya İqtisadi Birliyi çərçivəsində görüşlər Ermənistan üçün sonuncu ola bilər. Belə ki, N.Paşinyanın iqtisadi platformasının əsas xəttini Avropa ölkələri ilə inteqrasiya təşkil edir.

Mediapress.az