Ermənistan XİN başçısı Türkiyəyə dəvət olunmasını beynəlxalq diplomatik hadisə adlandırıb
1465
"Mən və xüsusi nümayəndə Ruben Rubinyanın Türkiyəyə dəvət olunması mühüm beynəlxalq diplomatik hadisədir".
“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şalenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Hələ Antaliya Diplomatik Forumunda iştirak edib-etməyəcəyimizlə bağlı qərar verməmişik. Məsələ müzakirə mərhələsindədir”, - o bildirib.
Qeyd edək ki, A.Şalenberq Ermənistan nümayəndələrinin Ankaraya dəvət olunmasını müsbət jest kimi qiymətləndirib