Çavuşoğlu Blinkenlə Ukraynanı müzakirə edib
1620
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, tərəflər bir sıra məsələləri, həmçinin, Rusiya-Ukrayna arasında olan gərginliyi müzakirə edib.
Bundan əlavə, telefon danışığı zamanı Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəfalar diləyib.