Avropa İttifaqı Azərbaycana təşəkkür edib
Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko Azərbaycana hər zaman tibb işçilərinə dəstək olduğuna görə təşəkkür edib.
"Report" xəbər verir ki, o, bunu tibb işçilərinin davamlı tibbi təhsilinin dəstəklənməsi və infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatlarının təhvil verilməsi mərasimində çıxışında bildirib.
"Pandemiya ilə mübarizədə əməkdaşlığımız qlobal səviyyədə olmalıdır. Azərbaycanla da həmrəyik və əməkdaşlığımızı davam etdiririk. Bura toplaşmağımızın əsas məqsədi də tərəfdaş olduğumuzu göstərməkdədir. Bu gün əməkdaşlığımız xüsusilə pandemiya dövründə daha əhəmiyyətlidir. Bu fürsətdən istifadə edərək pandemiya ilə ön cəbhədə mübarizə aparan tibb işçilərinə də dərin təşəkkürümü bildirmək istəyirəm. COVID-19 hamımıza təsir göstərib. Əməkdaşlığımızı davam etdirməli və dayanıqlı bərpa tədbirləri görülməlidir", - Aİ rəsmisi deyib.