\
24 Noyabr 2024 - Bazar günü

Kim Torra Kataloniyanın yeni rəhbəri seçildi - Separatizm meylləri

Kim Torra Kataloniyanın yeni rəhbəri seçildi - Separatizm meylləri
1773baxış

Kataloniya parlamentinin bugünkü qərarı ilə Kim Torra jeneralitatın (MP: yerli hökumətin) rəhbəri seçilib.

Medipress.az İspaniya mətbuatına əsasən məlumat yayan İnterfax-a istinadən xəbər verir ki, səsvermədə deputatların 66-sı namizədin lehinə, 65-i əleyhinə, 4-ü bitərəf kimi səsini istifadə edib.

Qeyd edək ki, “Omnium Cultural” ictimai təşkilatının sədri olan Kim Torranın namizədliyini onun sələfi – Kataloniyanın sabiq baş naziri Karles Puçdemon irəli sürüb. K.Puçdemon özü hazırda Almaniyada mühacir həyatı yaşayır və bu ilin mart ayında öz

namizədliyini irəli sürməkdən imtina edib.  

Xatırladaq ki, İspaniya rəsmiləri K.Puçdemonu separatizmdə ittiham edərək, barəsində axtarış elan ediblər. Sabiq baş nazir 2017-ci ilin payızında Kataloniyanın İspaniyanın tərkibindən çıxması barədə referendum keçirdikdən sonra Madrid onu cinayətkar elan edib.