"Rusiyanın 48 saatı var”
1453
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan 48 saat ərzində hərbi fəaliyyət, hərbçilərin sayı, Ukraynaya bitişik ərazilərdə silah və hərbi texnikanın növləri barədə məlumat verilməsini tələb edib. Bu barədə Ukrayna KİV-ləri xəbər verir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiyadan Ukrayna ərazisinə bitişik bölgələrdə hərbi fəaliyyətlə bağlı izahat istəyib: "Kiyev Rusiyadan hərbi fəaliyyət və hərbçilərin sayı haqqında 48 saat ərzində cavab gözləyir".