\
23 Noyabr 2024 - Şənbə

NATO Baş katibi Azərbaycan Prezidentinə zəng vurdu

NATO Baş katibi Azərbaycan Prezidentinə zəng vurdu
1484baxış

Prezidentin mətbuat xidməti NATO Baş katibi ilə Azərbaycan prezidenti arasında telefon danışığına dair məlumat yayıb. Məlumatda deyilir:

-Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Dövlətimizin başçısı dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.

 

NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Telefon danışığı barədə Yens Stoltenberq də özünün Twitter səhifəsində bildirib. Baş katib Azərbaycan prezidenti ilə “yaxşı telefon danışığı” apardığını yazıb.

“Prezident Əliyevlə yaxşı telefon danışığı apardım. Biz regional təhlükəsizliyi  və Ukrayna ətrafındakı vəziyyəti, bunun energetika bazarlarına təsirlərini müzakirə etdik. Mən Azərbaycan prezidentinə Avropaya qaz təchizatının artırılmasına görə təşəkkür etdim”,-Stoltenberq bildirib.