\
29 Mart 2024 - Cümə

KİV: Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək

KİV: Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək
1475baxış

Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyası Bürosunun 19-22 fevral tarixlərində İrəvanda keçiriləcək iclasında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, Azərbaycan tərəfi Avronest PA-nın Bürosunun iclasında iştiraka ilkin razılıq verib.

Qeyd edək ki, iclasda Azərbaycan parlament nümayəndə heyətinin iştirakı gözlənilir.