Rusiyanın Lvovdakı konsulluğu fəaliyyətini dayandırdı
1574
Rusiyanın Lvovdakı Baş Konsulluğu vətəndaşların qəbulunu dayandırıb.
Bu barədə konsulluğun rəsmi saytında məlumat verilib.
Qurum buna səbəb kimi çətin epidemioloji vəziyyət və ştatların müvəqqəti optimallaşdırılmasını göstərib.
Bundan başqa konsulluğun mobil əlaqəsi də tamamilə kəsilib.
Konsulluğun fəaliyyətini nə vaxt bərpa edəcəyi məlum deyil.