\
23 Noyabr 2024 - Şənbə

Ukrayna və Rusiyanın XİN başçıları görüşür - Dünyanın gözü Antalyada

Ukrayna və Rusiyanın XİN başçıları görüşür - Dünyanın gözü Antalyada
1810baxış

Bu gün Antalyada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında üçtərəfli görüş keçiriləcək.


XİN başçılarının danışıqları Belek rayonundakı "Regnum Carya” hotelində baş tutacaq.


Tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcək. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.


Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, ayrı-ayrı hotellərdə qalacaqlar. Danışıqların keçiriləcəyi hoteldə Rusiya nümayəndə heyətinin qalacağı villanın pəncərələri gülləkeçirməzdir. 12,5 milyon TL-yə başa gələn və hotel daxilində ayrıca hissədə dəmir hasarla əhatə olunan villanın şəxsi mühafizəsi də var. Ukrayna nümayəndə heyəti isə başqa beşulduzlu hoteldə qonaqlayacaq.