\
24 Noyabr 2024 - Bazar günü

AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişdiriləcək

AŞPA-dakı nümayəndə heyətimizin tərkibi dəyişdiriləcək
1763baxış

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə məlumat verib.

A.Mollazadə bildirib ki, nümayəndə heyətində hər zaman rotasiyalar, dəyişikliklər olub:

"Nümayəndə heyətinin tərkibinə daxil olan deputatlar Milli Məclisdə təyin edildiyinə görə, onların yerinə parlamentdən yeni üzvlər seçiləcək. Nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir.

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev "Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.

Mediapress.az