Rusiya-Ukrayna danışıqları başladı
1834
Ukrayna və Rusiyanın danışıqlar nümayəndə heyətləri İstanbulda görüşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna nümayəndə heyətləri ilə Dolmabahçe sarayında keçirilən görüşdə iştirak edib.
"Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən çəkinməmişik və qaçmırıq. Tezliklə atəşkəsə nail olmaq hər kəsin marağındadır. Düşünürük ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə qədəm qoyduq", - Türkiyə lideri bildirib. ("Haber Global")