Prokuror Trampdan ifadə alacaq! - Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə
1699
Təhqiqat aparılır
Mediapress.az xəbər verir ki, ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.
Hazırda ABŞ prezidenti ilə xüsusi prokuror arasında keçiriləcək görüşün məkanı müəyyənləşdirilir.
Xatırladaq ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. ABŞ Konqresinin iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın tərəfkeşlərinin Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.