\
24 Noyabr 2024 - Bazar günü

Prezident NATO-nun ofisini bağlayacaq - Moldovada

Prezident NATO-nun ofisini bağlayacaq - Moldovada
1773baxış

Kişinyovda fəaliyyət göstərən NATO-nun informasiya ofisi bu ilin sonuna qədər bağlana bilər.

Mediapress.az İnterfax.ru-ya əsasən məlumat verir ki, bu fikri Moldova prezidenti İqor Dodon “İzvestiya”qəzetinə verdiyi müsahibədə səsləndirib. Dodon qapadılma prosesinin parlament seçkilərindən sonra baş tuta biləcəyini bildirərək əlavə edib: “Əhalimizin böyük əksəriyyəti ölkəmizin Şimali Atlantika alyansına daxil olmasını istəmir. Onlar Kişinyovda informasiya ofisini açdılar ki, ictimai fikri dəyişdirə bilsinlər. Qətiyyətlə deməliyəm ki, yaxın perspektivdə bu mümkün deyil”.

Çıxışının sonunda İ.Dodon NATO-nun əsas məqsədinin nədən ibarət olduğu mövzusuna toxunaraq deyib: “Onlar mümkün qədər Rusiya sərhədlərinə yaxınlaşmaq istəyirlər. Mən icazə verə bilmərəm ki, mənim ölkəmi və vətəndaşlarımı qurbanlıq ət kimi geosiyasi oyunlarda istifadə etsinlər. Biz neytral ölkəyik – həm Qərb. Həm də Şərqlə dost olmalıyıq”.