\
24 Noyabr 2024 - Bazar günü

İran Rusiyanın ittifaqına birləşdi - Avrasiya İqtisadi Birliyində

İran Rusiyanın ittifaqına birləşdi - Avrasiya İqtisadi Birliyində
1828baxış

Astana iqtisadi forumu zamanı İran İslam Respublikası Avrasiya İqtisadi Birliyi ilə müvəqqəti əsaslarda ikitərəfli müqavilə imzalayıb. 

Sənədə əsasən, birinci mərhələdə azad ticarət zonaları yaradılacaq. Bu, strateji mallar üzrə qarşılıqlı gömrük xərclərinin azalmasına və ya sıfırlaşmasına xidmət edəcək. Ötən il 2,7 milyard ABŞ dolları həcmində ölçülən mal dövriyyəsinin birdən-birə artacağı gözlənilir. Müvəqqəti saziş həmçinin mümkün mübahisəli məsələlərin də həll yolunu açıqlayır. Tərəflər qarşılıqlı razılıq əsasında ikitərəfli daimi komissiya yaradacaqlar ki, onun fəaliyyət məkanı ikitərəfli görüşdə müəyyən ediləcək.  

Mediapress.az RİA Novostinin məlumatına əsasən xəbər verir ki, bu barədə Avrasiya iqtisadi komissiyasının kollegiya sədri Tiqran Sarkisyan jurnalistlərə məlumat verib. T.Sarkisyan həmçinin bildirib ki, müqavilə 3 il müddətinə imzalanacaq. Detallar sonrakı görüşlərdə dəqiqləşdiriləcək.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi 01 yanvar 2015-ci ildə Gömrük İttifaqı və Vahid iqtisadi məkan müqavilələrinin bazası əsasında yaradılıb. Bu birliyin Rusiyadan başqa digər üzvləri Belorus, Ermənistan, Qazaxıstan və Qırğızıstandır. Rusiya bu ildən birliyin sədarətini aparır.