Lavrov və Mirzoyan Azərbaycanla sülh müqaviləsini müzakirə edib
1803
Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Murzoyan arasında bu gün baş tutmuş telefon danışığı zamanı regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması və regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün layihə fəaliyyətləri nəzərdən keçirilib.
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, nazirlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı fikir mübadiləsi aparıblar.