\
24 Noyabr 2024 - Bazar günü

B.Netanyahunun oğlu Türkiyəni və türk xalqlarını təhqir etdi

B.Netanyahunun oğlu Türkiyəni və türk  xalqlarını təhqir etdi
1841baxış

İsrailin baş nazirinin oğlu Yair Netanyahu Türkiyə dövlətini və türk millətini açıq-aydın təhqir edib.

Mediapress.az Associated Press-ə istinadən xəbər verir ki, Benyamin Netanyahunun oğlu facebook profilində türklüyü təhqir edən bir neçə status paylaşıb. Oğul Netanyahu həmçinin türkləri ermənilərə, yunanlara və kürdlərə qarşı soyqırımı törətməkdə ittiham edib.

Yair Netanyahunun statusunda yazılır: “Türkiyə, sən Kiprdə törətdiyin vəhşilik, yunanlara, kürdlərə yaşatdığın iztirab və erməni soyqırımına görə məsuliyyət daşıyırsan”.

Baş nazirin oğlu statusunun sonunda daha da irəli gedərək ümumən türk xalqlarını təhqir edib: “Türklərə xatırlatmaq istəyirəm ki, onlar Orta Asiya xalqıdır. Kiçik Asiyanı və Konstantinopolu işğal edənədək oralar xristian olub. Odur ki, susun”.

Qeyd edək ki, gərginləşən Türkiyə-İsrail münasibətləri fonunda Benyamin Netanyahunun oğlunun bu statusuna nə rəsmi İsrail, nə də Türkiyə tərəfdən heç bir reaksiya verilməyib.