\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Müsavat başqanın müavini istefa verdi - Fikir ayrılığına görə

Müsavat başqanın müavini istefa verdi - Fikir ayrılığına görə
1708baxış

Müsavat partiyası başqanın müavini Yadigar Sadıqov vəzifəsindən istefa verib.

Mediapress.az xəbər verir ki, Y.Sadıqov APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O, istefasına səbəb kimi partiyanın lideri ilə fikir ayrılığının olmasını göstərib. 
Qeyd edək ki, bir müddət öncə partiya başqanının digər müavini Elman Fəttah da bu vəzifədən istefa verib.