ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir
1687
ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını güclü şəkildə dəstəkləyir.
Bunu ABŞ Dövlət Departamentindən “Amerikanın Səsi” radiosunun sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, bu bütün regiona müsbət təsir edəcək.
“Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirlərin qarşısını almaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa aparacaq potensialına malikdir. Bu, Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir. ABŞ bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə dəstəkləməyə hazırdır”, - qeyd olunub.(apa)