\
24 Noyabr 2024 - Bazar günü

Nikolas Maduro yenidən Venesuela prezidenti seçildi

Nikolas Maduro yenidən Venesuela prezidenti seçildi
1720baxış

Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.   

Mediapress.az Venesuela dövlət televiziyasının məlumatına əsaslanan

RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib. 

Onun sözlərinə görə,  bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.