\
24 Noyabr 2024 - Bazar günü

ABŞ İrandakı hakimiyyəti devirmək niyyətində deyil - Dövlət Departamenti

ABŞ İrandakı hakimiyyəti devirmək niyyətində deyil - Dövlət Departamenti
1674baxış

“ABŞ İrandakı rejimi devirmək niyyətində deyil, ölkənin gələcəyinə dair qərarı İran xalqı verməlidir”. 

apa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo iranlıların özləri üçün arzuladıqları hakimiyyətə dair seçim etməli olduqlarını bildirib. Onun sözlərinə görə, əgər bu baş verməzsə, ABŞ Tehrana qarşı sərt mövqe tutmaqda davam edəcək.

Mediapress.az