\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan XİN: “Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq”

Azərbaycan XİN: “Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq”
1730baxış

“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir.

Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.