\
23 Noyabr 2024 - Şənbə

Liderlərin görüşündə diqqət çəkən kitab

Liderlərin görüşündə diqqət çəkən kitab
1722baxış
Dünyanın diqqəti Çexiyanın paytaxtı Praqaya dikildiyi bir vaxtda, masaya bilərəkdən və ya bilməyərəkdən qoyulan bir kitab nəzərləri daha çox cəlb etdi. Söhbət Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü zamanı stolun üzərindəki “Free. Coming of Age at the End of History” kitabından gedir.
 
Belə ki, həmin kitab alban yazıçısı, alim Li Yupinin “Azad. Tarixin sonunda yeni dövrün başlanğıcı” əsəridir. Kitabda müəllif 1980-1990-cı illərdə dünyanın ən təcrid olunan ərazilərindən biri hesb edilən kommunist Albaniyasında böyüməsindən danışır. Daha dəqiq desək, ölkəsində kommunist rejimin repressiyalarından, stalinizmdən qurtulmaqdan bəhs edir. Kitabın, Macarıstanın sözügedən görüşdə iştirak edən baş naziri Viktor Orbana məxsus olduğu iddia edilir.
 
Qeyd edək ki, “Free. Coming of Age at the End of History” ötən ilin oktyabrında nəşr olunub. Hazırda onlayn kitab mağazalarında qiyməti təxminən 14 manata yaxındır.
Onu da bildirək ki, Li Yupi London İqtisadiyyat Məktəbinin Hökumət Departamentinin Siyasi Nəzəriyyə professoru və Avstraliya Milli Universitetində Fəlsəfə və Sosial Elmlər üzrə Tədqiqatlar üzrə köməkçi dosentidir.