Əli Kərimlinin “öldü” xəbəri yalan çıxdı
DİN Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: “Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin ki, vəkili məlumat yayacaq”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Artıq iki gündür AXCP sərdi Əli Kərimli və onun sosial şəbəkələrdəki elektoratı Saleh Rüstəmovun guya işgəncələrdən ölməsi barədə dezinformasiyalar yayırlar. Azərbaycanın prezidentliyinə iddia edən bir şəxs bilə-bilə, düzünə qəsdlə siyasi şou yaradır və öz ambisiyası üçün nələrə qadir olduğunu ortaya qoyur.
Əli Kərimli ola bilsin, narahatdır ki, Saleh Rüstəmov istintaqda onun əleyhinə müəyyən ifadələr verə, əlaqələri açıqlaya bilər. Lakin sırf bunun üçün və öz şəxsi ambisiyaları naminə belə bir siyasi həyasızlıq ortaya qoymaq, Saleh Rüstəmovun yaxınlarını və ictimai rəyi yanlış yönləndirmək əxlaqdan kənar hərəkətdir.
Hazırda Saleh Rüstəmovun yaxınları onun saxlandığı idarəyə çağırılıb və onlara görüş veriləcək. Görüşdən sonra artıq Əli Kərimli ''Saleh ölüb'' açıqlamasından məhrum olacaq. Lakin nə üzr istəyəcək, nə də illərdir apardığı bu şərləmə kampaniyasından əl çəkəcək. (Müsavat)