\
29 Mart 2024 - Cümə

Prezident:"Azərbaycan-Gürcüstan əlaqələri bölgə, Avropa və dünya üçün əhəmiyyətlidir"

Prezident:"Azərbaycan-Gürcüstan əlaqələri bölgə, Avropa və dünya üçün əhəmiyyətlidir"
1403baxış

“Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bax bu məsələdə bir cəbhədən hərəkət edərək bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib

“Baxın, görün iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir. Və yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz durur, xalqlarımızın dostluğu, liderlərimizin dostluğu və birgə fəaliyyət. Ona görə mən bir daha bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə təşəkkürümü bildirmək istəyirəm. Dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram”, - Prezident İlham Əliyev qeyd edib.