Baydenlə Rişi Sunak arasında ilk telefon danışığı baş tutub
1527
ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
APA-nın Britaniya bürosu xəbər verir ki, Prezident Bayden Baş nazir təyinatı münasibətilə Rişi Sunakı təbrik edib.
Co Bayden Böyük Britaniyanın ABŞ-ın ən yaxın müttəfiqi olaraq qaldığını qeyd edib.
Onlar Ukrayna xalqını dəstəkləməkdə iki ölkənin oynadığı aparıcı rol və Putinin bu müharibədə uğursuzluğa düçar olmasının təmin edilməsi haqqında danışıblar.
Liderlər İndoneziyada keçiriləcək G20 Sammitində şəxsən görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər.