\
24 Noyabr 2024 - Bazar günü

İsrail “erməni soyqırımı”nı parlamentin gündəmindən çıxardı

İsrail “erməni soyqırımı”nı parlamentin gündəmindən çıxardı
1715baxış
İsrail parlamenti Knesset bu gün səsə qoyulması planlaşdırılan 1915-ci il hadisələrinin "erməni soyqırımı” kimi tanınması qanun layihəsini parlamentin gündəmindən çıxarıb.
 
Knesset sədri Yuli Edelşteyn qanun layihəsinə dəstək verən şəxslərdən olsa da, səsvermədə lazım olan səs çoxluğunun bəlli olmaması üzündən səsvermədən imtina edib.
 
Keçən həftə 120 deputatdan sadəcə 16-nın iştirak etdiyi səsvermədə Meretz partiyası tərəfindən təqdim olunan layihə gündəmə daxil edilmişdi.
 
Qeyd edək ki, layihə "Osmanlı dövlətinin 1,5 milyon ermənini öldürdüyü soyqırımı” tanımağa çağırırdı.
 
Layihənin gündəmdən çıxarılmasına Meretz partiyasının lideri Tamar Zanderq "Edelşteyn siyasəti əxlaqa tərcih etdi” şərhi verib.
 
"Jerusalem Post” qəzeti səsvermənin həm Türkiyə, həm də Azərbaycanın qəzəbinə səbəb olacağını yazıb:
 
"İsrail ilə Türkiyə arasında gərginlik Türkiyənin bu ayın əvvəli zorakılıq yolu ilə Qəzzadan İsrailə keçməyə çalışan "Həmas”a dəstək verməsi ilə yenidən artdı. Ancaq İsrailin Azərbaycanla yaxşı münasibətləri var. Azərbaycanın İrana qonşu olması bu ölkəni İsrail üçün strateji müttəfiq halına gətirir”. (sfera)