ABŞ Mahmud Abbasın məsuliyyətə cəlb olunmasını tələb edir - BMT TŞ-nın toplantısında
Qəzza zolağından İsrailə edilən hava hücumundan sonra ABŞ dünən BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısını tələb edib. Bu barədə rəsmi bəyanatda bildirilir ki, toplantının 30 mayda günortadan sonra baş tutacağı gözlənilir.
Mediapress.az RİA.Novostinin məlumatına əsasən xəbər verir ki, sonuncu hücum 2014-cü ildən sonra həyata keçirilən ən irimiqyaslı hücumdur.
“Təhlükəsizlik Şurası İsrailin dinc vətəndaşlarını hədə almış bu hücumu şiddətlə qınamalıdır. Fələstin rəhbərliyi Qəzza zolağındakı hadisələrə şərait yaratdığı üçün məsuliyyətə cəlb olunmalıdır” – deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli yazılı açıqlama verib.
Xatırladaq ki, İsrail tərəfinin rəsmi məlumatına görə, çərşənbə axşamı günü radikal dini terrorçular İsrail istiqamətinə 100-dən çox raket buraxıblar. Cavab olaraq, İsrail ordusu Qəzza zolağındakı 40 hərbi hədəfi zərərsiz hala gətirib.